“Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli
122 nömrəli Qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
¹ 265
Bakı şəhəri, 11 iyun
2019-cu il
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 740; 2006, ¹ 7, maddə 640, ¹ 9, maddə 815; 2011, ¹ 1, maddə 61; 2012, ¹ 5, maddə 468; 2014, ¹ 9, maddə 1129; 2015, ¹ 12, maddə 1589; 2018, ¹ 7 (II kitab), maddə 1643) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsindən “Sarıcalinskaya Elmira Yaqub qızı – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi” sözləri çıxarılsın və həmin bölməyə “Hüseynov Hüseyn İsmayıl oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi” sözlərindən sonra “Ələkbərli Vüsal Ziyad oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi” sözləri əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 14 iyun.- S.7.