“Peşəyönümünə
dair məsləhət
xidmətlərinin göstərilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 266
Bakı şəhəri,
11 iyun 2019-cu il
“Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il
29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24
avqust tarixli 233 nömrəli Fərmanının
1.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
“Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 11 iyun
tarixli 266 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Peşəyönümünə dair məsləhət xidmətlərinin
göstərilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun
22.3-cü maddəsinə əsasən
hazırlanmışdır və peşəyönümünə
dair məsləhət
xidmətlərinin (bundan
sonra – məsləhət
xidməti) göstərilməsi
qaydasını müəyyən
edir.
1.2. Məsləhət xidməti
gənclərin (təhsil
müəssisələrinin tələbə və şagirdlərinin), işaxtaran
və işsiz şəxslərin peşəyönümünün
təşkili üçün
onlarla müsahibələr
və testlər keçirməklə, təhsilinə,
bacarığına və
şəxsi keyfiyyətlərinə
uyğun olaraq peşə və ixtisasının seçiminə,
peşə maraqlarının
formalaşdırılmasına yönəldilmiş aktiv məşğulluq tədbiridir.
1.3. İşaxtaran və işsiz şəxslər
üçün məsləhət
xidməti Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq
orqanları və
“DOST” Mərkəzləri (bundan
sonra – Mərkəz) tərəfindən təşkil
edilir.
1.4. Gənclər, təhsil müəssisələrinin tələbə
və şagirdləri,
habelə digər şəxslər üçün
məsləhət xidməti
Mərkəz tərəfindən
və ya Xidmətlə bağlanılmış
müqavilə əsasında
bu sahədə ixtisaslaşmış hüquqi
şəxslər tərəfindən
də həyata keçirilə bilər.
2. Məsləhət xidmətinin
istiqamətləri
2.1. Məsləhət xidmətinin
istiqamətləri aşağıdakılardır:
2.1.1. əmək bazarının
cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
2.1.2. mövcud peşə
və ixtisas üzrə işlə təmin edilmə və ya peşə
hazırlığına cəlb
olunma imkanları barədə məlumatlandırma;
2.1.3. işsiz şəxsin
sosial-psixoloji xüsusiyyətləri,
peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq
vəziyyəti nəzərə
alınaraq, əmək
bazarının tələbatı
əsasında ona iş yerinin və peşənin seçimində köməklik
göstərilmə.
3. Məsləhət xidmətinin
göstərilməsi qaydası
3.1. Məsləhət xidməti
aşağıdakı qaydada
göstərilir:
3.1.1. işaxtaran və
ya işsiz şəxslər üçün
məsləhət xidməti
Mərkəzin peşəyönümü
kabinetlərində audio, video materiallardan, əyani vəsaitlərdən və
psixometrik testlərdən
istifadə olunmaqla, fərdi və ya qrup şəklində
20 dəqiqəlik söhbət
və 45 dəqiqəlik
interaktiv məlumatlandırma
aparılmaqla həyata
keçirilir;
3.1.2. təhsil müəssisələrinin
tələbə və
şagirdləri üçün
məsləhət xidməti
peşəyönümü mütəxəssisləri tərəfindən
təhsil müəssisələri
ilə razılaşdırılmış
vaxtda ayda bir dəfədən az olmayaraq həyata
keçirilir.
3.2. İşaxtaran və ya işsiz şəxslər
üçün məsləhət
xidməti göstərilərkən
onlara:
3.2.1. karyera imkanları,
əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
3.2.2. peşə seçiminə
istiqamətləndirilir;
3.2.3. psixometrik testlərə
cəlb edilir;
3.2.4. əmək bazarında
davranma üsulları
öyrədilir.
3.3. Təhsil müəssisələrinin
tələbə və
şagirdləri üçün
məsləhət xidməti
göstərilərkən:
3.3.1. peşələr haqqında məlumatlar verilir;
3.3.2. məktəblərdə və ya istehsalat
sahələrində peşəkarlarla
görüşlər keçirilir;
3.3.3. şagirdlər üçün işaxtarma
oyunları, təlimlər
və müsabiqələr
keçirilir;
3.3.4. istehsalat sahəsinə
ekskursiyalar təşkil
edilir;
3.3.5. uşaq və
gənclər üçün
müxtəlif düşərgələr,
peşələr üzrə
klublar təşkil edilir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 14 iyun.- S.7.