“Zabit heyətinə
mənsub şəxslərə, gizirlərə,
miçmanlara, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə,
gömrük, miqrasiya, fövqəladə hallar
orqanlarının rəis və sıravi heyətinə mənsub
şəxslərə və onların ailələrinə
pensiya təyin edilib verilməsi üçün uzun müddət
xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631
nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 267
Bakı şəhəri,
12 iyun 2019-cu il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Zabit
heyətinə mənsub şəxslərə, gizirlərə,
miçmanlara, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə,
gömrük, miqrasiya, fövqəladə hallar
orqanlarının rəis və sıravi heyətinə mənsub
şəxslərə və onların ailələrinə
pensiya təyin edilib verilməsi üçün uzun müddət
xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631
nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndinin
on ikinci abzasının ikinci cümləsinə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin” sözlərindən sonra
“, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin”
sözləri əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 14 iyun.- S.7.