"Yanardağ"da
mağaralar, bulaqlar,
palçıq vulkanı və pir də
var
İyunun 13-də Dövlət
Turizm Agentliyi "Yanardağ" Dövlət
Tarix-Mədəniyyət və
Təbiət Qoruğuna
jurnalistlərin media turunu
təşkil edib.
Dövlət Turizm Agentliyinin
rəsmisi Elşən
Mustafayev jurnalistlərə
bildirib ki, həm tarix mədəniyyət nümunələrinin,
həm də təbiət abidələrinin
qorunduğu bir qurum olan "Yanardağ" qoruğu
2007-c ildə Azərbaycan Prezidentinin sərəncamına
əsasən yaradılıb.
E.Mustafayev qeyd edib ki, qoruğun tərkibində Yanardağ
– əbədiyaşar alov
təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni
irs nümunələri
və təbiət abidələri də var.
Bu abidələrə “Qurd
yuvası” adlanan ilkin ibtidai icma
dövrünə aid mağaralar,
çoxəsrlik tarixə
malik və qədim sanduqələrlə
zəngin iki qəbiristanlıq, müalicəvi
kükürdlü su bulaqları, hələ də aktiv olan
Qırməki palçıq
vulkanı, Əlidaşı
piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir: "Turistlər əvvəlcə
"Yanardağ" abidəsini
ziyarət edirlər, lakin biz onların turizm maşrutunu genişləndirmək və
onları digər məndəni irs nümunələrinə də
baxmağa yönləndirmək
istəyirik. Qoruq ərazisində qədim paleolit dövrünə
aid insan düşərgəsi,
qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi abidələrlə yanaşı,
Osmanlı əsgərlərinin
qazıb istifadə etdikləri səngərlər,
kurqanlar da var. Bunlar göstərir ki, bu abidə
təkcə təbii irs nümunəsi deyil, həm də Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni nümunədir".
Xalq qəzeti.- 2019.- 14
iyun.- S.9.