“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi
normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
15 mart tarixli 42
nömrəli Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 268
Bakı şəhəri, 13 iyun
2019-cu il
“Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu
il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 596 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 3 (II kitab), maddə 231, ¹ 5, maddə
360; 2001, ¹ 2, maddə 116; 2002, ¹ 7, maddə 455; 2004, ¹ 9, maddə
741; 2005, ¹ 1, maddə 49, ¹ 12, maddə 1228; 2006, ¹ 9, maddə
822, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 314, ¹ 5,
maddə 432; 2009, ¹ 2, maddə 152; 2010, ¹ 8, maddə 765; 2013, ¹
6, maddə 767; 2015, ¹ 11, maddə 1418; 2018, ¹ 8, maddə 1813) ilə
təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı torpaqların istifadəsi Qaydaları”nın
14-cü hissəsinə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Torpaq
sahəsi ayrılarkən həmin torpaq sahəsində həyata
keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin
müvafiq ərazinin şəhərsalma sənədlərinə
(qüvvədə olan müfəssəl plana, belə plan
olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə
icazə verilməsinin mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərinə)
uyğunluğu barədə rəy verilməsinə görə
sifarişçi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən
edilən qaydada xidmət haqqı ödəyir.”.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 15 iyun.- S.6.