“Avtomobil yollarının layihələndirilməsi,
tikintisi, yenidən qurulması, təmiri və
avtomobil yollarının qəbul edilməsi
zamanı müayinənin, yoxlamanın və
sınağın keçirilməsi Qaydalarının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 270
Bakı şəhəri, 13 iyun
2019-cu il
“Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 11 mart tarixli 580 nömrəli
Fərmanının 2.2-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675;
2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822;
2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8,
maddə 961; 2016, № 9, maddə 1554; 2017, № 8, maddə 1600; 2018, №
5, maddə 1105, № 10, maddə 2146, № 11, maddə 2440; 2019, № 3,
maddə 512) ilə təsdiq edilmiş “Avtomobil
yollarının layihələndirilməsi, tikintisi, yenidən
qurulması və təmiri Qaydaları”nın 1.15-ci bəndinin
“Qeyd”indən “Nəqliyyat Nazirliyi,” sözləri
çıxarılsın.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 15 iyun.- S.6.