Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında elmi ekspedisiyaların təşkili
və aparılması Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2016-cı il 2 avqust
tarixli 289 nömrəli və “Ümumi istifadədə olan
avtomobil nəqliyyatı ilə beynəlxalq
və ölkədaxili sərnişin və yük
daşımalarını yerinə yetirən sürücülərin
peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin
xüsusiyyətlərinə, habelə avtomobil
nəqliyyatı ilə sərnişin və yük
daşımalarını tənzimləyən normativ
hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi
Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli
157 nömrəli qərarlarında dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 269
Bakı şəhəri, 13 iyun
2019-cu il
“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD
nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 13 mart tarixli 1044 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli
289 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1429;
2017, ¹ 4, maddə 674; 2018, ¹ 4, maddə 812) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili
və aparılması Qaydaları”nın 5.10.2-ci yarımbəndinin
ikinci cümləsinə “kateqoriyalara” sözündən sonra
“(altkateqoriyalara)” sözü əlavə edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157
nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə
beynəlxalq və ölkədaxili sərnişin və
yük daşımalarını yerinə yetirən
sürücülərin peşə fəaliyyətinə və
davranışına, iş və istirahət rejiminin
xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi
Proqram”da aşağıdakı dəyişikliklər edilsin:
2.1.
Xüsusi Proqrama 5 nömrəli əlavə - “Ümumi istifadədə
olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili
sərnişin və yük daşımalarını yerinə
yetirən sürücülərin peşə fəaliyyətinə
və davranışına, iş və istirahət rejiminin
xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi
Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə
“Kateqoriya/Category” sözlərindən sonra
“(Altkateqoriya/Subcategory)” sözləri əlavə edilsin;
2.2.
Xüsusi Proqrama 6 nömrəli əlavə - “Ümumi istifadədə
olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili
sərnişin və yük daşımalarını yerinə
yetirən sürücülərin peşə fəaliyyətinə
və davranışına, iş və istirahət rejiminin
xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi
Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə
“Kateqoriya” sözündən sonra “(Altkateqoriya)” sözü əlavə
edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 15 iyun.- S.12.