Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 272 

  Bakı şəhəri, 13 iyun 2019-cu il

 

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1396-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 902 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; 2014, ¹ 5, maddə 548, ¹ 6, maddə 748, ¹ 9, maddələr 1121, 1122; 2015, ¹ 2, maddə 212; 2016, ¹ 9, maddə 1581; 2017, ¹ 6, maddə 1230, ¹ 10, maddə 1879; 2018, ¹ 7 (II kitab), maddə 1663; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 aprel tarixli 171 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmişHüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

1.1. 2.3.1-ci yarımbəndə “eləcə də” sözlərindən sonrasiyasi partiyaların, həmkarlar ittifaqlarının,” sözləri əlavə edilsin;

1.2. 2.3.3-1-ci yarımbənddən “, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə” sözləri çıxarılsın;

1.3. 3.2.3-cü yarımbəndə “fəaliyyət ərazisi” sözlərindən sonra “, fəaliyyətinin dayandırılması və bərpa edilməsi” sözləri əlavə edilsin;

1.4. 3.2.3-2-ci yarımbənddən “, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə” sözləri çıxarılsın;

1.5. 4.10-cu bəndin FD yarımbəndində “qeyri-hökumət təşkilatlarında” sözləri “qeyri-kommersiya təşkilatlarında” sözləri ilə əvəz edilsin;

1.6. 6.8-ci bəndin birinciikinci cümlələrində “qeyri-hökumət təşkilatları” sözləri “qeyri-kommersiya təşkilatları” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmişQeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın I hissəsinin FD bəndində “qeyri-hökumət” sözləri “qeyri-kommersiya” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 20 iyun.- S.6.