“Azərbaycan
Respublikasının vergi orqanları
işçilərinin aylıq vəzifə maaşları və
“Azərbaycan Respublikasının vergi
orqanları işçilərinin aylıq vəzifə
maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
4 fevral tarixli 32
nömrəli qərarında dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli
124 nömrəli Qərarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 273
Bakı şəhəri, 14 iyun
2019-cu il
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 633) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nın “Aylıq vəzifə maaşı (manatla)” sütununda “171” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin.
2. Bu Qərar 2019-cu il
martın 1-dən tətbiq
edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.- 20 iyun.- S.6.