“Ədliyyə
orqanları işçilərinin, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının, Penitensiar Xidmətinin
və Tibb Baş
İdarəsinin dövlət qulluqçusu
olmayan mülki
işçilərinin, Penitensiar Xidmətinin
müddətli həqiqi hərbi xidmət keçən hərbi
qulluqçularının vəzifə maaşlarının məbləğlərinin
müəyyən edilməsi və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarının
və onların struktur elementlərinin ləğv
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli
Qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 274
Bakı şəhəri,
14 iyun 2019-cu il
“Minimum
aylıq əməkhaqqının artırılması və “Minimum
aylıq əməkhaqqının artırılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25
dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının
2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1.
“Ədliyyə orqanları işçilərinin, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasının, Penitensiar Xidmətinin və Tibb Baş
İdarəsinin dövlət qulluqçusu olmayan mülki
işçilərinin, Penitensiar Xidmətinin müddətli həqiqi
hərbi xidmət keçən hərbi
qulluqçularının vəzifə maaşlarının məbləğlərinin
müəyyən edilməsi və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarının və
onların struktur elementlərinin ləğv edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarında dəyişikliklər
təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il
martın 1-dən tətbiq
edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
20 iyun.- S.6.