Azərbaycan Respublikası Nazirlər KabinetininTorpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli 56 nömrəli və “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 23 avqust tarixli 334 nömrəli  qərarlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 275  

 Bakı şəhəri, 18 iyun 2019-cu il

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsibununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 594 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 3, maddə 324) 2-ci hissəsində “75.4-cü maddəsinə” sözləri “75.5.2-ci və 75.7-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1622, ¹ 10, maddə 1925; 2018, ¹ 8, maddə 1803) ilə təsdiq edilmiş “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.1-ci bəndində “(bundan sonra - Məcəllə) 75.4-cü maddəsinə” sözləri “75.5.2-ci və 75.7-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 20 iyun.- S.6.