“Kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq
və motor yağlarına, habelə buğda və çəltik əkininə
görə dövlət büdcəsinin vəsaiti hesabına
yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və
digər hüquqi və fiziki
şəxslər tərəfindən kənd təsərrüfatı
məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun
və pestisidlərin güzəştlə satılması
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 277
Bakı şəhəri, 25 iyun
2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 192, ¹ 11, maddə 1184; 2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə 1124; 2012, ¹ 8, maddə 811; 2013, ¹ 7, maddə 882, ¹ 12, maddə 1633; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 736, ¹ 8, maddə 1004; 2015, ¹ 1, maddə 60, ¹ 5, maddə 675, ¹ 6, maddə 795, ¹ 8, maddə 968, ¹ 10, maddə 1237, ¹ 12, maddə 1577; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1190, ¹ 12, maddə 2238; 2017, ¹ 3, maddə 507, ¹ 8, maddə 1602, ¹ 12 (II kitab), maddə 2495; 2018, ¹ 4, maddə 821, ¹ 10, maddə 2161) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”nin “Respublika Komissiyasının üzvləri” bölməsində “Rəşad Hikmət oğlu Dayıyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iqtisadi və sosial sahələrin inkişafı şöbəsi müdirinin müavini” sözləri “Elvin Veys oğlu Camalov - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi siyasət şöbəsi müdirinin müavini” sözləri ilə, “kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini” sözləri “kənd təsərrüfatı statistikası şöbəsinin müdiri” sözləri ilə və “Aydın İmaməli oğlu Əzizov” sözləri “Elmin Əlisa oğlu Rəhmanov” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 28 iyun.- S.5.