Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli
114 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Xüsusi mühafizə olunan
təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm
və rekreasiya, məhdud təsərrüfat
məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin
məbləği”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
¹ 278
Bakı şəhəri,
25 iyun 2019-cu il
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun tətbiqi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli 603 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 606; 2017, ¹ 6, maddə 1236) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.2-ci yarımbəndə “, dövlət təbiət yasaqlıqlarının” sözlərindən əvvəl “, geoloji parkların geoturizm və rekreasiya zonalarında” sözləri əlavə edilsin.
2. 2.1.3-cü yarımbənddə “və dendroloji parkların” sözləri “, dendroloji parkların və geoloji parkların” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 28 iyun.- S.5.