Heç bir ölkədə mədəniyyət
işçilərinə
bu qədər qayğı göstərilmir
Söhbət zamanı bu sözləri
Xalq artisti Ramiz Novruz dedi. Aktyor bildirdi ki, ulu öndərin
mədəniyyət sahəsində başladığı
islahatlar bu gün möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. MDB məkanında
Azərbaycan yeganə ölkədir ki, mədəniyyət
işçilərinə belə qayğı göstərilir.
Onlara fəxri adlar, Prezident təqaüdü verilir, mənzil
şəraitləri yaxşılaşdırılır. Azərbaycan
mədəniyyətinin inkişafı ilə bağlı
dövlət proqramları uğurla həyata keçirilir.
Mən aktyoram və teatr, kino ilə bağlı dövlət proqramlarının bu sahələrin inkişafına necə müsbət təsir göstərdiyinin şahidiyəm. Heçə-neçə teatrlarımız əsaslı təmir olunub, repertuarları yeniləşib, səhnəmizə gənc yaradıcı qüvvələr cəlb olunub və s.
Bu il martın 1-də cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir qrup mədəniyyət xadimi ilə görüşdülər. Bu görüş milli mədəniyyətimizə, onun yaradıcı kollektivlərinə göstərilən böyük qayğının yeni nümunəsi idi. Mədəniyyətimizin görkəmli xadimləri problemlərdən danışdılar, Prezidentimizə təkliflərini bildirdilər. Bundan dərhal sonra cənab Prezident kino istehsalına, yaradıcı ittifaqlara və birliklərə vəsait ayrılması ılə bağlı sərəncamlar imzaladı.
Biz fəxr edirik ki, Prezidentimiz mədəniyyətimizin inkişafını bu qədər dəstəkləyir. Bu gün mədəniyyətimiz beynəlxalq aləmdə uğurla təbliğ olunur. Bu, çox sevindirici haldır.
R.Novruz bildirdi ki, bu yaxınlarda cənab Prezidentlə həmsöhbət olmaq mənə də nəsib oldu. İşdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik. Ağlıma da gəlməzdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım məni adımla yanlarına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik. Şəkil çəkdirəndə arxada dayanmaq istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu, qürurverici bir hadisə oldu.
Xalq artisti onu da vurğuladı ki, iqtidarla xalqın birliyi inkişafdan, tərəqqidən xəbər verir. Bizim Prezidentimiz həmişə xalqın arasındadır. Xalq onu sevir.
Qələmə
aldı:
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 29 iyun.- S.5.