Azərbaycan investisiya mühitinə görə

dünyada  cəlbedici ölkə kimi tanınır 

 

Azərbaycanda hazırda social-iqtisadi infrastruktur quruculuğu uğurla aparılır. Özəl sektor inkişaf edir. Sənayeləşmə sürətlə həyata keçirilireyni zamanda, aqrar sektorun istehsalixrac imkanları genişləndirilir. Bütövlükdə makroiqtisadi sabitlik təmin olunur  və əhalinin rifah halı davamlı olaraq yaxşılaşır.

Bütün bunlar bir daha onu təsdiqləyir ki, respublikamızda  dövlət quruculuğuislahatlar proqramları dərindən, sistemli və dəqiq işlənmiş xətt üzrə həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyev  buya digər mərhələdə nəyin reallaşdırılmalı olduğunu zərgər dəqiqliyi ilə müəyyənləşdirir. Strateji Yol xəritələrinin davamlı şəkildə həyata keçirilməsi isə ölkənin  belə sürətli inkişafını təmin etməyə imkan yaradır.

Bu gün dünyanın böyük dövlətləri tərəfindən Azərbaycan  etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın əməkdaşlığı qarşılıqlı inama əsaslanır. Bir-birinin ardınca reallaşan nəhəng layihələrdə dünyanın bir çox ölkəsi iştirak edir. Bu proses getdikcə daha çox dövlətin respublikamızla sıx əlaqələrə  can atması ilə müşayiət olunur.

Dövlətimizin başçısı İlham Əliyev bu il iyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda çıxışında respublikamızda mövcud sosial-iqtisadi durum fonunda bu barədə deyib: “Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilibinkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir”.

Azərbaycan Prezidenti həmin nitqində daha sonra ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcud  olduğunu da diqqətə çatdırıb. 

Ölkə rəhbərinin bu fikri ilə bağlı əvvəlcə daxili investisiya qoyuluşundakı vəziyyətə nəzər salaq. Qeyd edək ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan uğurlu islahatlar çərçivəsində konkret məqsədlərə nail olmaq üçün iqtisadiyyatın investisiya ilə təminatına mühüm önəm verilir. Əlavə olaraq iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlbinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizmi  tətbiq edilir.  

İndiyədək 250-dən çox sahibkarlıq subyektinə 290-a qədər investisiya təşviqi sənədi verilib və həmin layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan çox investisiyanın yatırılması gerçəkləşdirilib. Nəticədə 19 minədək yeni yeri açılıb, investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə fəaliyyətə başlayıb. Bundan əlavə, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının reallaşdırılması məqsədilə cari ilin ilk yarısında layihələrin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. İllik müqayisədə verilən kreditlər hesabına 3 dəfə çox olmaqla 7 mindən artıq yeni yeri açılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək deyib: “İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir... Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmişicra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onlardan 2,6 milyard dolları artıq qoyulub”.

Yeri gəlmişkən, ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın vəziyyətinə də nəzər salaq. Azərbaycanda bu sahədə aparılan uğurlu iqtisadi islahatlar, siyasi sabitlik, xarici investisiyanın qorunması üçün mövcud qanunvericilik bazası xarici sərmayədarları ölkəmizə kapital qoyuluşuna təşviq edir.

Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub, xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib. Cari ilin yanvar-iyun aylarında isə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən sərmayənin 2 milyard 298 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiyaİran investorlarına məxsus olub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan əlavə, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı xeyli sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2019.-30 iyun.- S.1; 4.