Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Tərcümə Mərkəzinin
Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may
tarixli 201 nömrəli və “Tərcümə Mərkəzinin
strukturunun və işçilərinin say həddinin təsdiq
edilməsi haqqında” 2018-ci il 14 iyun tarixli 266 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 64
Bakı şəhəri,
26 fevral 2019-cu il
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 1111) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və ikinci abzasına “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin adına və 1.1-ci bəndinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.
2. “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli 266 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına, 1-ci və 2-ci hissələrinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin strukturu”nun adına və mətninə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.
Novruz
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 1 mart.- S.2.