Bu görüş mədəniyyətimizin

inkişafına yeni stimul verəcək 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, professor Xuraman Qasımova da iştirak etmişdir.Xuraman xanım görüş barədə təəssüratlarını bizimlə bölüşdü.

Bu görüşü biz çoxdan gözləyirdik. Tədbir iştirakçılarının hər biri danışmaq istəyirdi. Maraqlı olan bu idi ki, çıxışçılara tam sərbəstlik yaradılmışdı. Hər kəs problemlərini sərbəst bildirir və elə oradaca cənab Prezident problemin həlli ilə bağlı tapşırıqlarını verirdi. Mən hələ belə bir səmimi görüş görməmişəm.

 Mənə də söz verildi. Doğrudur, elə bir ciddi problem barədə danışmadım, sadəcə olaraq, dedim ki, Siz bizim hər birimiz üçün gözəl işlər görmüsünüz. Daşıdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar... Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla – “İstiqlalordeni ilə təltif etdiniz. Cənab Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Başda ulu öndərimiz olmaqla Sizin ailəniz bizim həyatımızda böyük rol oynamışdır. Biz bunu heç zaman unutmuruq.

Bildirdim ki, bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz, ya yox. Çünki özünüz demişsiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda işləmirik, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik... Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. İstəyirəm ki, Sizvaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin, sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik. Bizim Sizə göstərəcəyimiz xüsusi arxivimiz var.

Bir daha demək istəyirəm ki, cənab Prezidentin mədəniyyət işçiləri ilə görüşü bütövlükdə milli mədəniyyətimizə qayğının bariz nümunəsi idi. Biz mədəniyyət işçiləri bu qayğıya öz yaradıcılığımızla cavab verməliyik. Mən həmkarlarım adından vaxt ayırıb bizim problemlərimizi dinlədiklərinə görə, cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, Azərbaycanımızın daha da çiçəklənməsi ­yolunda ölkə rəhbərinə uğurlar ­arzulayıram.

 

Hazırladı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 5 mart.- S.5.