Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Gömrük
ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 72
Bakı şəhəri, 1 mart
2019-cu il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 743 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1030; 2015, ¹ 5, maddə 630) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 5.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5.8. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 5 mart.- S.3.