Pedaqoqun həyat kredosu 

 

Həyat göstərir: o cəmiyyət ki, qadına layiq olduğu dəyəri verir, onun ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti üçün şərait yaradır belə toplumlar daha sürətlə inkişaf və tərəqqi edir. Bu, hər kəsə bəlli olan bir həqiqətdir. Elmi, intellekti, kübarlığı ilə seçilən ziyalı xanımlarımızdan biri də Azərbaycan TurizmMenecment Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədlidir. Onun elmi axtarışlarının əsas obyekti Azərbaycanın XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşayıb-yaratmış bir çox görkəmli maarfiçilərinin, şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə bağlı mövzulardır.

 

Professor M.Əsədli deyir ki, XX əsrin əvvəlllərində milli istiqlal uğrunda mücadilə aparan böyük ictimai-siyasi xadimlərin – Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyskinin həyat və fəaliyyətləri, tarixi xidmətləri kifayət qədər geniş işıqlandırılıb. Lakin onlarla bir dövrdə xalqımızın maarifləndirilməsində, hərtərəfli mədəni inkişafında xidmətlər göstərmiş bir çox insanlar var ki, onların fəaliyyətləri yuxarıda adlarını çəkdiyimiz böyük tarixi şəxsiyyətlərin parlaq fonunda nisbətən kölgədə qalıb, lazımi qədər dəyərləndirilməyib.

M.Əsədli buna görə həmin dövrdə nisbətən az tədqiq olunan görkəmli ziyalılarımızın həyat və yaradıcılıq yollarını geniş araşdıraraq ona işıq salmağa çalışır. Professorun böyük həvəs və şövqlə tədqiq etdiyi ziyalılardan biri xalqımızın istiqlal və tərəqqisi naminə böyük fədakarlıq göstərən Yusif Ziya Talıbzadədir.

Y.Z.Talıbzadə XIX əsrin sonları, XX əsrin əvvəllərində səmərəli ictimai-siyasi fəaliyyət göstərmiş, çoxyönlü elmi, bədii, publisistik yaradıcılığı ilə seçilən ziyalılardandır. M.Əsədlinin 2014-cü ildə yazaraq nəşr etdirdiyiYusif Ziya Talıbzadənin ictimai baxışları və fəaliyyəti” adlı əsərində onun xalqımızın mədəni inkişafındakı xidmətləri barədə kifayət qədər zəngin məlumatlar almaq mümkündür.

Yeri gəlmişkən, Talıbzadələr ailəsi, bu tanınmış nəslin görkəmli elm və mədəniyyət xadimlərilə M.Əsədli hələ ilk elmi tədqiqatlarından maraqlanır. Təsadüfi deyil ki, 2002-ci ildə “Abdulla Şaiqteatrmövzusunda dissertasiya işi yazaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu sanballı tədqiqat əsəri elmi ictimaiyyət tərəfindən bəyənilib və tədqiqatçını həmin dövrlə bağlı araşdırmalarının miqyasını daha da genişləndirməyə sövq edib.

Burada incə bir məqam da var. Əgər digər tədqiqatçılar o dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətini, əsasən, tarixi, siyasi nöqteyi-nəzərdən araşdırırsa, M.Əsədli həmin tarixi dönəmə, eləcə Yusif Ziya Talıbzadənin fəaliyyətinə məhz kulturoloji müstəvidən nəzər yetirib, qiymət verib.

Digər araşdırmaların əhəmiyyətini zərrə qədər azaltmadan demək lazımdır ki, həmin dövrün aparıcı hadisələrinə məhz kulturologiya elminin tələbləri baxımından yanaşdığı üçün M.Əsədli ziddiyyətli hadisələrə daha ətraflı dəqiq qiymət verməyə nail olub.

Professor Minaxanım Əsədli özü nüfuzlu, bir ailədə böyüyüb tərbiyə almışdır. Onun babası general Məmməd Bağır Bağırov Böyük Vətən müharibəsi illərində Bakı şəhəri Hava Hücumundan Müdafiə hərbi hissəsinin rəisi olmuşdur. Vətən, millət qarşısında danılmaz xidmətləri olan general M.Bağırov həyatının sonlarında haqsızlıqla üzləşsə , qürur ləyaqətini qoruyub saxlaya bilmiş, özündən sonra şərəfli ad qoymuşdur.

Professor Minaxanım Əsədlinin həyat kredosu bilik bacarığını çalışdığı ali təhsil ocağında sevimli tələbələrinə ötürmək, gənclərimizin mədəni-kulturoloji inkişafına töhfə vermək, bütövlükdə, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməkdir. Bu missiyanın yerinə yetirilməsində pedaqoq alimə uğurlar arzulayırıq.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2019.- 8 mart.- S.8.