Teatra dövlət qayğısı

artmaqda davam edir 

 

Azərbaycan teatrının 146 yaşı tamam olur. Bu dövr ərzində milli teatrımız çox şərəfli bir yol keçmişdir. Bu sənətin yaranmasında Həsən bəy Zərdabinin Nəcəf bəy Vəzirovun mühüm xidmətləri olmuşdur. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin rolu da danılmazdır. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Hüseyn Ərəblinski, Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Ələsgər Ələkbərov, Möhsüm Sənani , Nəsibə xanım ­Zeynalova, Mərziyyə xanım ­Davudova kimi onlarla şərəfli siması yetişib.

Azərbaycan müstəqillik qazandıqdan sonra teatrlarımız yeni mərhələyə qədəm qoymuşdur.Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ­Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinə dair qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb. ­2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya maliyyə resurslarından səmərəli istifadə edilməsi repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib. Bu il həmin proqramın icrası yekunlaşır.

Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir.

 Prezident İlham Əliyev bu yaxınlarda mədəniyyət işçiləri ilə görüşündə demişdir: “Mən ­Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız – Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi əsaslı təmir edildi, yeni teatrlar yaradıldı”.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası yüksək səviyyədə təmir edilərək istismara verilib. Son illərdə onlarca sənət adamına dövlətimizin başçısının sərəncamları ilə fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür, xeyli insanın mənzil digər problemləri həll olunur. Hər il Azərbaycan teatr sənəti qarşısında fövqəladə xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor biznes münasibətlərindən faydalanaraq yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm teatrla bağlı qəbul olunmuş qanun digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir.

Cəmiyyətimizdə milli ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır. Vurğulanır ki, Azərbaycan teatrlarının fəaliyyəti həmişə olduğu kimi, bu gün dövlətimizin diqqət mərkəzindədir.

Qeyd edək ki, sərəncamla Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə isə 100 min manat ayrılıb.

Bu günlərdə Prezident Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında daha bir sərəncam imzalamışdır.

Söz yox ki, Milli Teatr Günü ərəfəsində belə bir sərəncamın verilməsi dövlət başçımızın teatra göstərdiyi diqqətin daha bir bariz nümunəsidir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 10 mart.- S.6.