İndi ölkəmizi mədəniyyətinə
görə də tanıyırlar
Eldar MANSUROV, Xalq artisti, bəstəkar
Prezident İlham
Əliyevin sənət adamları ilə görüşü
tarixi bir görüş idi. Bu görüş bir çox məsələlərin
müzakirəyə çıxarılması ilə əlamətdar
oldu. Çünki
görüşdə hər kəs problemlərini
açıq şəkildə ifadə edirdi.
Prezidentlə görüşdə
Yazıçı Anar
çıxışında Cəlil Məmmədquluzadəyə
heykəl qoyulması təklifini irəli sürdü.
Həqiqətən də “Molla Nəsrəddin”
jurnalının yaradıcısı olan Cəlil
Məmmədquluzadə kimi dahi şəxstiyyətə Azərbaycanda heykəl
qoyulmasına ehtiyac var
idi. Odur ki, Prezident bu
təklifi dərhal dəstəklədi.
Ölkə başçısı hər kəsin çıxışını diqqətlə dinləyir və öz qeydlərini aparırdı. Çıxışlar bitdikdən sonra Prezident söylədi ki, problemlərin həlli istiqamətində ciddi işlər aparılacaq və bu barədə mədəniyyət naziri Əbülfəs Qarayevə tapşırıqlar verdi. Bu baxımdan görüş çox səmərəli keçdi.
Son 15 ildə Azərbaycan mədəniyyəti çox inkişaf edib. Əvvəllər sənət adamları qastrol səfərlərinə gedərkən SSRİ bayrağı altında çıxış edirdi. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra isə istər musiqiçilər, istərsə də rəqs ansamblları milli bayrağımız altında çıxış edir. Bütün bu işlərin önündə Heydər Əliyev Fondu dayanır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində çox böyük işlər görüb. Mütəmadi olaraq Fransa, Almaniya, İtaliya kimi ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu tədbirlərdə ölkənin müxtəlif sənət adamları iştrak edir.
İlham Əliyev Azərbaycan mədəniyyətinə yetərincə qayğı göstərir, görkəmli sənət adamlarının əsərlərini dünyaya tanıtmaq üçün böyük işlər görür. Vaxt var idi ki, Azərbaycanı, sadəcə, neft və qaz ölkəsi kimi tanıyırdılar, indi isə ölkəmizi mədəniyyətinə görə də tanıyırlar.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 14
mart.- S.8.