Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli
205 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Büdcədən maliyyələşdirilən müəssisə,
idarə və təşkilatlarda tədris məşğələlərinin
aparılmasına cəlb edilən işçilərin əməyinin
saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 70
Bakı şəhəri, 28 fevral
2019-cu il
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 826; 2002, ¹ 10, maddə 637; 2003, ¹ 9, maddə 523; 2005, ¹ 8, maddə 780; 2006, ¹ 6, maddə 563, ¹ 11, maddə 998; 2007, ¹ 9, maddə 924; 2008, ¹ 4, maddə 303, ¹ 10, maddə 939; 2011, ¹ 4, maddə 362; 2015, ¹ 12, maddə 1578; 2016, ¹ 4, maddə 828; 2017, ¹ 5, maddə 970, ¹ 8, maddə 1605; 2018, ¹ 3, maddə 605, ¹ 6, maddə 1355) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il
martın 1-dən qüvvəyə
minir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.-
3 mart.- S.6.