“Dövlət
büdcəsindən maliyyələşən bir
sıra təşkilatlarda çalışan işçilərin
aylıq vəzifə maaşları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli
94 nömrəli Qərarında dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 69
Bakı şəhəri,
28 fevral 2019-cu il
“Minimum
aylıq əməkhaqqının artırılması və
“Minimum aylıq əməkhaqqının artırılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25
dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 8 fevral
tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
“Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
işçilərin aylıq vəzifə maaşları
haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94
nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. həmin
Qərara 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətinin və
Aparatının, AMEA-nın Gəncə bölməsinin
aparatının işçilərinin aylıq vəzifə
maaşlarının sxemi”nin “Aylıq vəzifə
maaşı (manatla)” sütununda “193”, “180”, “170” və “165” rəqəmləri
müvafiq olaraq “210”, “195”, “185” və “180” rəqəmləri
ilə əvəz edilsin;
1.2. həmin
Qərara 2 nömrəli əlavə - “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin
aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə
maaşı (manatla)” sütununda “187”, “176” və “165” rəqəmləri
müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə
əvəz edilsin;
1.3. həmin
Qərara 5 nömrəli əlavə - “Azərbaycanda
Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə
maaşlarının sxemi”nin “Aylıq vəzifə
maaşı (manatla)” sütununda “180”, “170” və “165” rəqəmləri
müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə
əvəz edilsin;
1.4. həmin Qərara 6 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə:
1.4.1. adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;
1.4.2. “Aylıq vəzifə maaşı (manatla)” sütununda “165” rəqəmi “180” rəqəmi ilə əvəz edilsin;
1.5. həmin Qərara 7 nömrəli əlavə - “İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.6. həmin Qərara 8 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.7. həmin Qərara 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə:
1.7.1. adında “Azərbaycan Aqrar Elm” sözləri “Aqrar Elm və İnnovasiya” sözləri ilə əvəz edilsin, “, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi” sözləri çıxarılsın;
1.7.2. “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204”, “182” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.8. həmin Qərara 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “170” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.9. həmin Qərara 11 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.10. həmin Qərara 12 nömrəli əlavə - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “193” və “176” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.11. həmin Qərara 15 nömrəli əlavə - “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” və “171” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.12. həmin Qərara 16 nömrəli əlavə - “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” rəqəmi “210” rəqəmi ilə əvəz edilsin;
1.13. həmin Qərara 18 nömrəli əlavə - “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “171” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin.
2. Bu Qərar 2019-cu il
martın 1-dən qüvvəyə
minir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan müəllimi.-
2019.- 3 mart.- S.6.