“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 755; 2005, ¹ 12, maddə 1224; 2007, ¹ 2, maddələr 180, 186; 2008, ¹ 2, maddə 120, ¹ 7, maddə 688; 2013, ¹ 12, maddə 1631; 2018, ¹ 2, maddə 344, ¹ 3, maddə 609) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:
2. Bu Qərar 2019-cu il
martın 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri,
28 fevral 2019-cu il
¹ 71
Xalq qəzeti.- 2019.-
3 mart.- S.6.