“Bakı şəhərində
sərnişindaşımada istifadə olunan
avtobuslara və taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma fəaliyyətini
həyata keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri üçün
duracaq yerlərinə dair
Tələblər”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 73
Bakı şəhəri,
4 mart 2019-cu il
“Bakı
şəhərində nəqliyyat vasitələri sahiblərinin
dayanma,
durma
və parklanma qaydalarına riayət etməsinin təmin
olunması və
yol hərəkətinin
təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi
ilə bağlı
əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin
2018-ci
il 6 iyul tarixli 181 nömrəli Fərmanının 4.1-ci bəndinin
icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının
Nazirlər
Kabineti QƏRARA ALIR:
“Bakı
şəhərində sərnişindaşımada istifadə
olunan avtobuslara
və
taksi minik avtomobillərinə, onların sürücülərinə,
sərnişindaşıma
fəaliyyətini
həyata keçirən daşıyıcılara, nəqliyyat
mübadilə
mərkəzlərinə,
avtobuslar üçün dayanacaq məntəqələrinə
və taksi
minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Xalq qəzeti.- 2019.- 7 mart.- S.3.