“Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında

 

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilsin (xəritə əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri

Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 6 mart 2019-cu il

 

                      ¹ 75

 

Xalq qəzeti.- 2019.- 7 mart.- S.3.