Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 10 iyul tarixli
116 nömrəli, “Övladlığa götürməyə,
qəyyumluğa və himayəyə imkan
verməyən xəstəliklərin Siyahısının təsdiq
edilməsi barədə” 2000-ci il 15 avqust tarixli 141 nömrəli,
“Notariat hərəkətlərinin qeydi üçün
reyestrlərin, notariat şəhadətnamələrinin,
əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin
formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli
148 nömrəli, “Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli,
“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi
güzəştləri hüququnun müəyyənləşdirilməsi
üçün sənədlərin
Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli
4 nömrəli, “Azərbaycan Respublikası polis
orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin
edilməsi Normaları haqqında” 2001-ci il 30 iyul tarixli
130 nömrəli, “Müəyyən müddətə
azadlıqdan məhrumetmə və ömürlük
azadlıqdan məhrumetmə növündə cəzaya məhkum
olunmuş şəxslərin əməkhaqqının
ödənilməsi Qaydasının təsdiq edilməsi
haqqında” 2001-ci il 15 sentyabr
tarixli 149 nömrəli,
“Məhkumların yemək və maddi-məişət
normalarının təsdiq edilməsi barədə” 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli, “Azərbaycan
Respublikasında elektrik enerjisindən
istifadəyə görə büdcə təşkilatlarının
normaları və birinci dərəcəli
istehlakçıların (elektrik enerjisi təchizatının
dayandırılmasına icazə verilməyən təşkilatların)
siyahısı haqqında” 2001-ci il 25 dekabr tarixli 199 nömrəli
və “Haqqı ödənilən ictimai
işlərin təşkili Qaydalarının təsdiq edilməsi
barədə” 2002-ci il 24 may
tarixli 84 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
№ 79
Bakı şəhəri,
7 mart 2019-cu il
“Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may
tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli
Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, maddə 787; 2012, № 7, maddə 775, № 12, maddə 1353) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nın II bölməsinin 1-ci hissəsinin ikinci abzasında “əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 645) ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın 7-ci hissəsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, maddə 1936; 2018, № 3, maddə 627; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 yanvar tarixli 25 nömrəli Qərarı) ilə təsdiq edilmiş 7 nömrəli forma – “Dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə”də “qocalar, əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 yanvar tarixli 25 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
4.1. 15-ci hissənin ikinci abzasından “, sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri çıxarılsın;
4.2. 97-ci hissənin birinci abzasında “qocalar, əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;
4.3. 103-cü hissənin üçüncü abzasında “tibb-əmək ekspert komissiyasının arayışı” sözləri “tibbi-sosial ekspert komissiyasının qərarı” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, №11, maddə 1976) ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.4-cü bənd üzrə:
5.1.1. birinci abzasda “qrup müharibə əlilləri” sözləri “dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
5.1.2. ikinci abzasda “qrup müharibə əlilinin vəsiqəsi” sözləri “dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı” sözləri ilə əvəz edilsin;
5.2. 1.8-ci bəndin ikinci abzasında “rəyi və ya arayışı” sözləri “qərarı” sözü ilə əvəz edilsin;
5.3. 1.9-cu bənd üzrə:
5.3.1. birinci abzasda “qrup əlillər (müharibə əlillərindən başqa) və ya sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “dərəcə əlilliyi olan şəxslər (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
5.3.2. üçüncü abzasda “rəyi və ya arayışı” sözləri “qərarı” sözü ilə əvəz edilsin;
5.4. 1.13-cü bənddə “qrup əlilə” sözləri “dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 516; 2002, № 11, maddə 675; 2008, № 2, maddə 130; 2013, № 6, maddə 734, № 10, maddə 1220) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları”nın 6.44-cü bəndinin 5 nömrəli cədvəlinin 3-cü bəndində “əlillər, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629; 2002, № 10, maddə 635; 2006, № 10, maddə 902; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əməkhaqqının ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.7-ci bəndin ikinci abzasının ikinci cümləsində “qrup əlil olan” sözləri “dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin;
7.2. 5-ci hissə üzrə:
7.2.1. adında “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
7.2.2. 5.1-ci bənddə hər iki halda “əlil və ya sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
7.2.3. 5.2-ci bənddə “qrup əlil, sağlamlıq imkanları məhdud” sözləri “dərəcə əlilliyi olan” sözləri ilə və “qrup əlil” sözləri “dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin.
8. “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 634; 2006, № 5, maddə 460; 2008, № 2, maddə 130; 2011, № 10, maddə 973; 2013, № 10, maddə 1210; 2018, № 4, maddə 804) aşağıdakı dəyişikliklər edilsin:
8.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların gündəlik ərzaq normaları”nın “Qeyd”inin 2-ci bəndində “qrup əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri “dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;
8.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə – “Müalicə müəssisələrində müalicə olunan məhkumların gündəlik ərzaq normaları”nın cədvəlinin ikinci sütununun adında “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809; 2002, № 10, maddə 641; 2003, № 6, maddələr 342, 348; 2004, № 10, maddə 871; 2005, № 6, maddə 541, № 10, maddə 978; 2006, № 4, maddə 373, № 9, maddə 822, № 10, maddə 903; 2008, № 2, maddə 130; 2009, № 2, maddə 144, № 7, maddə 607, № 9, maddələr 736, 757, № 12, maddə 1065; 2012, № 12, maddə 1390; 2013, № 7, maddə 879; 2014, № 1, maddə 57, № 6, maddə 745; 2015, № 6, maddə 792; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on ikinci abzasında “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
10.1. üçüncü abzasda “qocalar və əlillər üçün internat evləri” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;
10.2. yeddinci abzasda “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 14 mart.- S.5.