Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Miqrasiya orqanları işçisinin
və onun ailəsinin yeni
qulluq yerinə köçməsi, habelə
əmlakının daşınması xərclərinin və
birdəfəlik kompensasiyanın ödənilməsi
Qaydası”nın və “Miqrasiya
orqanlarında qulluq yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan
miqrasiya orqanlarının işçilərinə və
onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul
kompensasiyasının məbləği və ödənilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli
140 nömrəli, “Qeyri-hökumət təşkilatları tərəfindən
mədəniyyət sahəsində keçirilən
tədbirlərin dövlət maliyyələşdirilməsi
Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli
292 nömrəli, “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə
görə məsuliyyətə cəlb olunmuş
şəxslərə qarşı preventiv tədbirlərin həyata
keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə”
2015-ci il 3 mart tarixli 54 nömrəli, “Uşaq
evləri sosial xidmət müəssisələrinin
Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə”
2015-ci il 22 may tarixli 194 nömrəli, “Məcburi köçkünlər və onlara
bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti,
habelə kommunal və digər xidmətlər
üzrə dövlət büdcəsindən ödənişlər
əvəzinə vahid aylıq müavinətin
ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 yanvar
tarixli 11 nömrəli, “Azərbaycan
Respublikasının orta ixtisas
təhsili müəssisələrinə tam
orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında”
2017-ci il 8 fevral tarixli 37 nömrəli, “Azərbaycan
Respublikasının orta ixtisas
təhsili müəssisələrinə ümumi orta təhsil
bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 38 nömrəli,
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral
tarixli 39 nömrəli, “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli
40 nömrəli, “Azərbaycan Respublikasında rezidenturaya
qəbul Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2017-ci il 8 fevral
tarixli 41 nömrəli və “Məktəbəqədər
təhsil müəssisələrinə qəbul
Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 yanvar tarixli
16 nömrəli qərarlarında dəyişikliklər edilməsi
barədə “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 83
Bakı şəhəri, 7 mart
2019-cu il
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli
Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 567; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 544
nömrəli Qərarı) ilə təsdiq edilmiş 1
nömrəli əlavə – “Miqrasiya orqanları
işçisinin və onun ailəsinin yeni qulluq yerinə
köçməsi, habelə əmlakının
daşınması xərclərinin və birdəfəlik
kompensasiyanın ödənilməsi Qaydası”nın 3.7.2-ci və
3.7.3-cü yarımbəndlərində “əlil” sözü “əlilliyi
olan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli
292 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1024;
2016, ¹ 3, maddə 598) ilə təsdiq edilmiş “Qeyri-hökumət
təşkilatları tərəfindən mədəniyyət
sahəsində keçirilən tədbirlərin dövlət
maliyyələşdirilməsi Qaydası”nın 3.4-cü bəndinin
ikinci cümləsində “əlillər və sağlamlıq
imkanları məhdud uşaqlar,” sözləri “əlilliyi olan
şəxslər” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 3, maddə 323; 2018, ¹ 2, maddə 342)
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə görə məsuliyyətə cəlb
olunmuş şəxslərə qarşı preventiv tədbirlərin
həyata keçirilməsi Qaydası”nın 4.1.5.5-ci
yarımbəndində “əlil” sözü “əlilliyi olan”
sözləri ilə əvəz edilsin.
4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 771; 2017, ¹ 4, maddə 617, ¹
12 (II kitab), maddə 2520) ilə təsdiq edilmiş “Uşaq
evləri sosial xidmət müəssisələrinin Nümunəvi
Nizamnaməsi”nin 8.3.8-ci yarımbəndində “qrupunu”
sözü “dərəcəsini” sözü ilə əvəz
edilsin.
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 1, maddə 125, ¹ 6, maddə 1221) ilə
təsdiq edilmiş “Məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün
yemək xərci müavinəti, habelə kommunal və digər
xidmətlər üzrə dövlət büdcəsindən
ödənişlər əvəzinə vahid aylıq
müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci və
2.2-ci bəndlərində “I qrup Qarabağ müharibəsi əlilləri”
sözləri “I dərəcə Qarabağ müharibəsi ilə
əlaqədar əlilliyi olan şəxslər” sözləri
ilə əvəz edilsin.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 290; 2018, ¹ 2, maddə 349, ¹
4, maddə 815; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 19 dekabr tarixli 551 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili
müəssisələrinə tam orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nın 3.8-ci bəndinin ikinci cümləsində
“qrup” sözü “dərəcə” sözü ilə əvəz
edilsin.
7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 291; 2018, ¹ 2, maddə 350, ¹
4, maddə 816; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 19 dekabr tarixli 552 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili
müəssisələrinə ümumi orta təhsil
bazasında tələbə qəbulu Qaydaları”nın 3.9-cu
bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə”
sözü ilə əvəz edilsin.
8. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 292, ¹ 10, maddə 1905; 2018,
¹ 2, maddə 351, ¹ 4, maddə 817, ¹ 11, maddə 2432; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 553
nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 3.11-ci bəndinin
ikinci cümləsində “qrup” sözü “dərəcə”
sözü ilə əvəz edilsin.
9. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 293; 2018, ¹ 2, maddə 352,
¹ 4,
maddə 818) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin və
Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul Qaydaları”nın 3.7-ci bəndinin
birinci cümləsində “sağlamlıq imkanları məhdud
şəxslərin” sözləri “əlilliyi olan şəxslərin”
sözləri ilə, ikinci cümləsində “I qrup əlil”
sözləri “I dərəcə əlilliyi olan” sözləri
ilə əvəz edilsin.
10.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral
tarixli 41 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 294;
2018, ¹ 4, maddə 819, ¹ 11, maddə 2432) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul
Qaydaları”nın 3.5-ci bəndinin birinci cümləsində
“sağlamlıq imkanları məhdud şəxslərin”
sözləri “əlilliyi olan şəxslərin” sözləri
ilə, ikinci cümləsində “I qrup əlil” sözləri
“I dərəcə əlilliyi olan” sözləri ilə əvəz
edilsin.
11.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19
yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 1, maddə 132, ¹
11, maddə 2433) ilə təsdiq edilmiş “Məktəbəqədər
təhsil müəssisələrinə qəbul
Qaydası”nın 7-ci hissəsində “əlillərinin”
sözü “bununla əlaqədar əlilliyi olan şəxslərin”
sözləri ilə, “qrup əlillərin” sözləri “dərəcə
əlilliyi olan şəxslərin” sözləri ilə əvəz
edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 14 mart.- S.5.