Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq
edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli,
“Məişət zorakılığı barədə
şikayətdə cinayət tərkibinin əlamətləri
olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq
edilməsi haqqında” 2012-ci il 24 fevral tarixli 46 nömrəli,
“Çətin həyat şəraitində hesab
edilmənin əsasları üzrə şəxsin (ailənin)
çətin həyat şəraitində olmasını təsdiq
edən sənədlərin Siyahısı”nın təsdiq
edilməsi barədə” 2013-cü il 10 iyun tarixli 111 nömrəli, “Fiziki şəxslər
tərəfindən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların gömrük
sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi
barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli,
“Həbs yerlərinin daxili
intizam Qaydalarının təsdiq edilməsi
barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli,
“Bələdiyyə qulluğuna müsabiqənin
elan edilməsi, sənədlərin qəbulu,
müsabiqənin keçirilməsi və nəticələrinin
qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli,
“Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil
yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”ın təsdiq
edilməsi barədə” 2016-cı il 26 yanvar tarixli 10 nömrəli,
“Dövlət və bələdiyyə tərəfindən
yaradılan tibb müəssisələrinin
Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında” 2016-cı il 14 mart
tarixli 125 nömrəli və “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin
daxili intizam
Qaydaları”nın təsdiq edilməsi barədə”
2016-cı il 24 avqust tarixli 317 nömrəli qərarlarında
dəyişikliklər edilməsi haqqında “Əlilliyi olan şəxslərin hüquqları
haqqında”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 84
Bakı şəhəri, 7 mart
2019-cu il
Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 156; 2013, ¹ 6, maddə 766; 2014, ¹ 5, maddə 575; 2016, ¹ 3, maddə 580, ¹ 4, maddə 792; 2017, ¹ 8, maddə 1613) ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.38-ci yarımbəndində “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 189) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərara aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın 3.5-ci bəndində “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 725; 2017, ¹ 2, maddə 325) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.8-ci yarımbənddə “qrup əlil olduğunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) müayinə aktından çıxarış” sözləri “dərəcə əlilliyini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı” sözləri ilə əvəz edilsin;
3.2. 3.1-ci bənddə “TSEK-nın müayinə aktından çıxarışla” sözləri “TSEK-in qərarı ilə” sözləri ilə əvəz edilsin;
3.3. 5.1.2-ci yarımbənddə “təsdiq edən TSEK-nın müayinə aktından çıxarış” sözləri “müəyyən edən TSEK-in qərarı” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1223; 2015, ¹ 4, maddə 464, ¹ 5, maddə 624; 2016, ¹ 1, maddə 177, ¹ 7, maddə 1347; 2017, ¹ 9, maddə 1756; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 500 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 4.2-ci bəndində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
5. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 1001, ¹ 10, maddə 1295; 2016, ¹ 2 (II kitab), maddə 355, ¹ 9, maddə 1585; 2018, ¹ 9, maddə 1943, ¹ 10, maddə 2170; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 515 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 9.1-ci bəndinin dördüncü cümləsində “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 12.1-ci bəndinin dördüncü cümləsində “qrup əlillərin, hamilə qadınlara” sözləri “dərəcə əlilliyi olan şəxslərin, hamilə qadınların” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1238) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın 5.2-ci bəndinin birinci cümləsində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, maddə 353, ¹ 4, maddə 798) ilə təsdiq edilmiş “Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”ın 1.1.8-ci yarımbəndində “əlillərin və sağlamlığı məhdud olan şəxslərin” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 791, ¹ 10, maddə 1735; 2017, ¹ 7, maddə 1473; 2018, ¹ 10, maddə 2179) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.10. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək;”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1454; 2018, ¹ 4, maddə 813, ¹ 5, maddə 1127) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 7.2-ci bəndinin üçüncü cümləsində “qrup əlillər” sözləri “dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 14 mart.- S.6.