Peşə
təhsili müəssisələrinin ayrı-ayrı peşə
istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən
edilməsi haqqında “Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
№ 86
Bakı şəhəri, 11 mart
2019-cu il
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli
Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1.
Aşağıda qeyd olunan peşə istiqamətləri
üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən
az 20 nəfərdən çox olmamaqla müəyyən
edilir:
1.1.
“Sənətşünaslıq, mədəniyyət və incəsənət”
peşə istiqamətində aşağıdakı ixtisas
qrupları üzrə:
1.1.1.
“030104 Memarlıq hissələrinin modelləşdirilməsi və
yapılması”;
1.1.2.
“030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası”;
1.1.3.
“030106 İnşaat işlərinin bərpası”;
1.1.4.
“030107 Xalça və xalça məmulatlarının bərpası”;
1.1.5.
“030108 Daş və ağac memarlıq abidələrinin bərpası”;
1.1.6.
“030109 Musiqi alətlərinin bərpası”;
1.1.7.
“030110 İnteryer və eksteryerin bədii tərtibatı”;
1.1.8.
“030112 Ağacdan, keramikadan,
metaldan hazırlanan bədii məmulatlar”;
1.1.9.
“030113 Ağac və parça üzərində
naxış və rəssamlıq”;
1.1.10.
“030119 Xalq bədii yaradıcılığı”;
1.2. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə
istiqamətində aşağıdakı
ixtisas qrupları üzrə:
1.2.1.
“030207 Kino-video nümayişi”;
1.2.2.
“030211 Fotoqraf işi”;
1.3. “İlkin tələbat və ərzaq mallarının texnologiyası”
peşə istiqamətində
aşağıdakı ixtisas
qrupları üzrə:
1.3.1.
“030818 Tikiş istehsalatı”;
1.3.2.
“030819 Modelçilik və
dizayner”.
2. Bu Qərarın 1-ci hissəsində
göstərilən peşə
istiqamətləri istisna
olmaqla, digər peşə istiqamətləri
üzrə tədris qrupları 15 nəfərdən
az 20 nəfərdən
çox olmamaqla formalaşdırılır.
3. Tədris qruplarında təhsilalanların sayı
16 nəfərdən çox
olduqda, laboratoriya və istehsalat təlimi dərslərində
həmin qruplar 2 yarımqrupa bölünə
bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.-
14 mart.- S.6.