Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə
Fondunun nəzdində Penitensiar
müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslər
üçün Sosial
Adaptasiya Mərkəzinin strukturunun
təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
№ 87
Bakı şəhəri, 12 mart 2019-cu il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 14 mart.- S.6.