“Azərbaycan Respublikasında ticarət,
ictimai iaşə, məişət
və digər növ
xidmət Qaydaları”nın
təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR
KABİNETİ
Q Ə R A R
¹ 88
Bakı şəhəri,
13 mart 2019-cu il
“Tütün və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının
2018-ci il 2 noyabr
tarixli 1327-VQD nömrəli
Qanununun tətbiqi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 10 dekabr
tarixli 779 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 3 aprel
tarixli 94 nömrəli
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu,
2014, ¹ 4, maddə 440, ¹ 11, maddə
1513; 2015, ¹ 5,
maddə 665; 2016, ¹ 3, maddə
615, ¹ 5, maddə 955, ¹ 9, maddə
1563, ¹ 10,
maddə 1733; 2017, ¹ 1, maddə
123, ¹ 8, maddələr
1616, 1623,
¹ 9, maddə 1758; 2018, ¹ 2, maddə
343, ¹ 3, maddə
622, ¹ 4, maddə 809, ¹ 5, maddə
1126, ¹ 8, maddə 1817, ¹ 10,
maddə 2162, ¹ 11, maddə
2439) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ticarət, ictimai
iaşə, məişət
və digər növ xidmət
Qaydaları”na aşağıdakı
məzmunda 5.7-1-ci bənd
əlavə edilsin:
2
“5.7-1. Tütün məmulatlarının
buraxılmasını bilavasitə
həyata
keçirən şəxs
(satıcı) tütün
məhsulunu istifadə
edən şəxsin
(alıcının)
yetkinlik yaşına çatmasına şübhə
etdikdə, satıcı
alıcıdan onun
şəxsiyyətini təsdiq
edən və yaşını müəyyən
etməyə imkan verən sənəd
tələb edir.”.
Azərbaycan
Respublikasının
Baş naziri Novruz Məmmədov
Xalq qəzeti.- 2019.- 16 mart.- S.4.