Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Dövlət müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada
dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınmasının təmin edilməsi ilə
bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi
haqqında” 2016-cı il 27 oktyabr
tarixli 420 nömrəli, “Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun
yaradılması haqqında” 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli
və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın təsdiq edilməsi
haqqında” 2018-ci il 19 dekabr
tarixli 549 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 90
Bakı şəhəri, 14 mart 2019-cu il
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1737; 2018, ¹ 11, maddə 2439) 3-7-ci hissələrində və həmin Qərarla təsdiq edilmiş 2-7 nömrəli əlavələrdə mətn üzrə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1936; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 yanvar tarixli 1 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndən “Xaliq Məmmədov - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (II kitab), maddə 2745) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti;”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 16 mart.- S.4.