“Azərbaycan
Respublikasının vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2018-ci il
11 oktyabr tarixli 440
nömrəli Qərarında dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 94
Bakı şəhəri,
14 mart 2019-cu il
“Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 381 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “İcra hakimiyyəti orqanları” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. “1280”, “1281”, “1282”, “1283” və “1286” kodlu sətirlər ləğv edilsin.
2. “Baş kredit sərəncamçıları” sütununda “1284” və “1285” kodlu sətirlərdə “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 17 mart.- S.12.