“Haqqı ödənilən
ictimai işlərin təşkili
Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli
84 nömrəli Qərarında dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 96
Bakı şəhəri, 14 mart 2019-cu il
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 321; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 2, maddə 157, ¹ 5, maddə 449; 2017, ¹ 12 (II kitab), maddə 2550; 2018, ¹ 10, maddə 2164) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “Qanununa” sözü “Qanununun 21.5-ci maddəsinə” sözləri ilə əvəz edilsin.
2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra – ictimai işlər) – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.”.
3. 1.3-cü bənd ləğv edilsin.
4. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları (bundan sonra – məşğulluq mərkəzləri) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.”.
5. 2.2-ci bəndin birinci abzası üzrə:
5.1.“İşaxtaranların” sözü
“İşsizlərin” sözü
ilə, “mülkiyyət
və təsərrüfat”
sözləri “mülkiyyət
növündən və
təşkilati-hüquqi” sözləri
ilə əvəz edilsin;
5.2.“şəhər, rayon” sözləri
çıxarılsın;
5.3. “yerli” sözündən
əvvəl “məşğulluğa
kömək göstərən”
sözləri əlavə
edilsin.
6.
2.3-cü bənd üzrə:
6.1. birinci abzasdan
“şəhər, rayon” sözləri
çıxarılsın;
6.2. ikinci abzasda
“işaxtaran vətəndaşların”
sözləri “işsiz
şəxslərin” sözləri
ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri
çıxarılsın.
7. 2.5-ci bənd üzrə:
7.1. birinci cümlədə
“İşaxtaran vətəndaşların”
sözləri “İşsiz
şəxslərin” sözləri
ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri
çıxarılsın;
7.2. ikinci cümlədə
“Vətəndaşın” sözü
“İşsiz şəxsin”
sözləri ilə əvəz edilsin.
8.
2.6-cı bəndin ikinci
cümləsindən “şəhər,
rayon” sözləri çıxarılsın.
9. 2.7-ci bəndin birinci abzası üzrə:
9.1. birinci cümlədə “İctimai işlərə
cəlb olunan vətəndaşlarla” sözləri
“İctimai işlərdə
iştirak etmək istəyən işsiz şəxslərlə” sözləri
ilə əvəz edilsin və həmin cümləyə
“arasında” sözündən
sonra “Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun
olaraq” sözləri əlavə edilsin;
9.2. ikinci cümlədə
“Şəhər, rayon məşğulluq
mərkəzlərində işsiz
kimi qeydə alınmış, lakin işsizlikdən sığorta
ödənişi almayan
işsiz vətəndaşlar”
sözləri “İşsizlikdən
sığorta ödənişi
almayan işsiz şəxslər” sözləri
ilə əvəz edilsin.
10. 2.8-ci bənddə “vətəndaş”
sözü “işsiz şəxs” sözləri
ilə, “vətəndaşı”
sözü “işsiz şəxsi” sözləri
ilə əvəz edilsin və həmin bənddən “şəhər, rayon” sözləri
çıxarılsın.
11. 3.1-ci bənddə “21-ci maddəsində
göstərilən mənbələr”
sözləri “19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti” sözləri ilə əvəz edilsin.
12.
3.3-cü bənd üzrə:
12.1. birinci abzasda “21-ci maddəsində göstərilən
mənbələr” sözləri
“19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta
vəsaiti” sözləri
ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri
çıxarılsın;
12.2. ikinci və
üçüncü abzaslardan
“şəhər, rayon” sözləri
çıxarılsın;
12.3. dördüncü abzasda “vətəndaşların”
sözü “işsiz şəxslərin” sözləri
ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri
çıxarılsın.
13.
3.4-cü bənddə “vətəndaşların”
sözü “işsiz şəxslərin” sözləri
ilə əvəz edilsin və həmin bənddən “şəhər, rayon” sözləri
çıxarılsın.
14. Aşağıdakı məzmunda
3.5-ci bənd əlavə
edilsin:
“3.5. “Məşğulluq haqqında”
Azərbaycan Respublikası
Qanununun 16.1.1-ci maddəsinə
uyğun olaraq, yerli özünüidarəetmə
orqanları öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər
üçün haqqı
ödənilən ictimai
işlər təşkil
edə bilərlər.”.
15. Qaydalara əlavə – “Ərazi məşğulluq
proqramına uyğun
______rayonu (şəhəri)
üzrə görülmüş
haqqı ödənilən
ictimai işlər barədə aylıq arayış”da hər iki halda “Şəhər
(rayon) məşğulluq” sözləri
“Məşğulluq” sözü
ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 17 mart.- S.12.