“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 100

  Bakı şəhəri, 14 mart 2019-cu il

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. 6.2.1-ci paraqraf üzrə:

1.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“ - işsiz şəxslərə ödənilən işsizlikdən sığorta ödənişləri, aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı xərclər və işsizliklə bağlı digər xərclər daxildir.”;

1.1.2. üçüncüdördüncü abzaslar ləğv edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

2.1. 271910-cu yarımbənddə “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

2.2. 271911-ci yarımbənddə “İşsizliksözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

2.3. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;

2.4. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə əvəz edilsin;

2.5. 271918-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

2.6. 271919-cu yarımbənddə “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

3.1. 270000-cı bölmənin birinci cümləsindən “işsizlərə” sözü çıxarılsın və həmin cümləyə “pensiyalar,” sözündən sonra “işsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri,” sözləri əlavə edilsin;

3.2. 270000-cı bölmənin ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin;

3.3. 271900-cı paraqrafın ikinci cümləsində “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

3.4. 271910-cu maddə üzrə:

3.4.1. birinci cümlədə “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məşğulluq” sözündən əvvəl “aktivsözü əlavə edilsin;

3.4.2. ikinci cümlədə “İşsizliksözü “İşsizlikdən” sözü ilə, “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “vətəndaşların” sözü “şəxslərin” sözü ilə və “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin;

3.5. 271911-ci yarımbənddə “İşsizliksözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

3.6. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “işsizlər” sözüişaxtaranişsiz şəxslər” sözləri ilə əvəz edilsin;

3.7. 271914-cü yarımbənddə “vətəndaşlara” sözü “şəxslərə” sözü ilə əvəz edilsin;

3.8. 271915-ci yarımbənddə “işaxtaranişsiz vətəndaşların” sözləri “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin;

3.9. 271916-cı yarımbənddən “boş yerləri haqqında məlumat bazasının və” sözləri çıxarılsın;

3.10. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “sığorta olunanların əməkhaqlarının” sözləri “sosial yerlərində işçilərin əməkhaqqının” sözləri ilə, “sığortaedənlərlə” sözü “işəgötürənlərlə” sözü ilə əvəz edilsin;

3.11. 271918-ci yarımbənddə hər iki halda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

3.12. 271919-cu yarımbənddə “Məşğulluq” sözüAktiv məşğulluq” sözləri ilə əvəz edilsin və “məşğulluq” sözündən əvvəl “aktivsözü əlavə edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 17 mart.- S.13.