2019-cu il
üçün “Balıq
və digər su bioresurslarının ovunun
ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su
bioresurslarının ovu üçün
kvotaların ov növləri üzrə
bölgüsü”nün təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR
KABİNETİNİN Q Ə R A RI
¹ 104
Bakı şəhəri,
18 mart 2019-cu il
“Balıqçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2014-cü il 27
iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 avqust tarixli 243
nömrəli Fərmanının
3.2-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Balıq və digər su bioresurslarının
ovunun ümumi yol verilən
miqdarı (kvota)” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Balıq və digər su bioresurslarının
ovu üçün kvotaların ov
növləri üzrə
bölgüsü” təsdiq
edilsin (2 nömrəli
əlavə).
3. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
balıq və digər su bioresurslarının
səmərəli istifadə
edilməsinə,
artırılmasına və mühafizəsinə nəzarəti
həyata keçirsin
və 2019-cu il
üçün təsdiq
edilmiş balıq və digər su bioresurslarının ovu üçün
kvotaların ov növləri üzrə mənimsənilməsi barədə
məlumatı cari ilin
sonunda Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
4. Bu Qərarın icrasına nəzarət Azərbaycan
Respublikası Nazirlər
Kabineti Aparatının regionların
inkişafı, kənd
təsərrüfatı və
ekologiya
məsələləri şöbəsinə
həvalə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 20 mart.- S.5.