Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may
tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin
tərtibi və icrası
Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR
KABİNETİ Q Ə R A RI
¹ 105
Bakı şəhəri, 18 mart 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin
səkkizinci abzasını
rəhbər tutaraq, dövlət büdcəsinin
tərtibi prosesinin
təkmilləşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may
tarixli 75 nömrəli
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu,
2004, ¹ 5, maddə 391; 2005, ¹ 4, maddə 377, ¹ 6, maddə
548;
2007, ¹ 2, maddələr 197, 201; 2008, ¹ 2, maddə
105, ¹ 9, maddə 862;
2009, ¹ 11,
maddə 936; 2012, ¹ 1, maddə
44; 2014, ¹ 2, maddə 201;
2016, ¹ 5, maddə 955, ¹ 9, maddə
1596; 2017, ¹ 6, maddə 1237, ¹ 10,
maddə 1934, ¹ 11, maddələr
2153, 2159; 2018, ¹ 4, maddə 782, ¹ 10,
maddə 2181, ¹ 12 (II kitab),
maddə 2750) ilə təsdiq edilmiş “Dövlət
büdcəsinin tərtibi
və icrası Qaydaları”na aşağıdakı
məzmunda 3.7-1-ci bənd
əlavə edilsin:
“3.7-1. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi cari ilin
sentyabr ayının
25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan
büdcə xərclərinin
iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü
barədə bu
Qaydaların əlavəsi ilə
müəyyən edilmiş
forma üzrə məlumatı
Azərbaycan
Respublikasının Prezidentinə təqdim edib.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 20 mart.-S.6.