Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci

maddəsində nəzərdə tutulmuş halların satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın

təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

 

¹ 107 

Bakı şəhəri, 19 mart 2019-cu

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının

2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2002-ci

il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli

454 nömrəli Fərmanının 1.5.3-cü yarımbəndinin icrasını təmin

etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində

nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.