“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna

daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq

edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarında

dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 108 

  Bakı şəhəri, 19 mart 2019-cu il

 

“İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha

da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanının 4.2-ci bəndinin

icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının

Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30

noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1055; 2013, ¹ 1, maddə

75; 2014, ¹ 6, maddə 736; 2016, ¹ 5, maddə 955; 2017, ¹ 4, maddə

651; 2018, ¹ 3, maddə 580, ¹ 10, maddələr 2142, 2167) ilə təsdiq

edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna

daxil olmayan tabeliyindəki qurumların siyahısı”na aşağıdakı məzmunda

onuncu abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi”

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.