Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin nəzdində
təsərrüfathesablı Tikilən Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin Müdiriyyətinin ləğv
edilməsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 30 noyabr tarixli
228 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin strukturuna
daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR
KABİNETİNİN Q Ə R A RI
№ 109
Bakı şəhəri,
18 mart 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin
səkkizinci abzasını
rəhbər tutaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin
tikintisi layihəsi çərçivəsində Azərbaycan Respublikası
İqtisadiyyat
Nazirliyinin nəzdində təsərrüfathesablı
Tikilən Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı Kompleksinin
Müdiriyyəti qarşısında
qoyulmuş
məqsədlərə nail olunduğunu
nəzərə alaraq,
Azərbaycan
Respublikasının dövlət büdcəsi vəsaitinə
qənaət olunmasının
təmin
edilməsi məqsədi
ilə Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin nəzdində təsərrüfathesablı
Tikilən Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv
edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 30
noyabr tarixli 228 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 11, maddə
1055; 2013, № 1,
2
maddə 75; 2014, № 6, maddə
736; 2016, № 5, maddə 955; 2017, №
4, maddə 651; 2018, № 3, maddə
580, № 10, maddələr 2142, 2167)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
yeddinci abzası ləğv edilsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
bu
Qərardan irəli gələn məsələlərlə bağlı
müvafiq tədbirlər
görsün.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 20 mart.-S.10.