Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə,
tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan
məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31
nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli
və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
qərarlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 110
Bakı şəhəri,
18 mart 2019-cu il
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
27 noyabr tarixli 1343-VQD nömrəli
Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin
2018-ci il 18 dekabr
tarixli 814 nömrəli
Sərəncamının 1.2-ci
bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və
ekspertlərə
ödənilməli olan məbləğlərin miqdarı
haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2001-ci il 1 fevral tarixli 31
nömrəli Qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik
Toplusu,
2001, № 2, maddə 110, № 7, maddə
512; 2002, № 9, maddə
580; 2005,
№ 6, maddə 559; 2006, № 8, maddə
730; 2009, № 9,
maddə 755; 2010, № 1, maddə
67; 2016, № 12, maddə 2230; 2018,
№ 2, maddə 362, № 5, maddə
1112) aşağıdakı dəyişikliklər edilsin:
2
1.1. 1-ci hissədə “və
193.4-cü” sözləri “,193.4-cü
və 194-cü”
sözləri ilə əvəz edilsin və həmin hissəyə “müdafiəçiyə”
sözündən sonra
“(vəkilə)” sözü əlavə edilsin;
1.2.
4-cü hissəyə “müdafiəçinin”
sözündən sonra
“(vəkilin)” sözü
əlavə edilsin.
2. “Azərbaycan Respublikası
vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü
il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2004, № 10, maddə
866; 2006, № 3, maddə
303, № 5, maddələr 463, 468, № 8, maddə
731, № 9, maddə 822,
№ 11, maddə 994; 2007, № 1, maddə
50, № 10, maddə 1021, № 12,
maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə
308, № 10,
maddə 936; 2009, № 1, maddələr
22, 32, № 2, maddələr 144, 150,
№ 9, maddələr 736, 753; 2010, № 4, maddə
369, № 11, maddə 1048;
2011, № 1, maddə 66, № 4, maddə
365; 2012, № 9, maddə 934; 2013,
№ 8, maddə 1000, № 10, maddə
1202; 2014, № 1, maddələr 59, 69,
№ 2, maddə 201, № 5, maddə
557, № 6, maddələr 745, 747, № 9,
maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr
328, 337, № 6,
maddələr 774, 781, № 7, maddə
890, № 11, maddə 1412; 2016, № 3,
maddə 595, № 4, maddələr
806, 831, № 5, maddələr 941, 955, № 8,
maddə 1450, № 9, maddə
1561, № 12, maddələr 2220, 2241; 2017,
№ 4, maddə 643, № 6, maddə
1244, № 9, maddələr 1722, 1745, № 10,
maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə
630, № 4, maddələr
785, 831, №
6, maddə 1356, № 7 (II kitab),
maddə 1628, № 8, maddə
1799, № 10,
maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. həmin Qərarla
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Büdcə
xərclərinin funksional
təsnifatı”na Əlavənin
14.3.0-cı və 14.3.2-ci
yarımbəndlərinə “göstərilməsi,”
sözündən sonra
“ölmüş zərər
çəkmiş
şəxsin hüquqi
varisi qismində tanınmış vəkil
tərəfindən göstərilən
hüquqi yardımın
ödənilməsi,” sözləri
əlavə edilsin.
2.2. həmin Qərarla
təsdiq edilmiş 3 nömrəli əlavə
- “Büdcə
xərclərinin iqtisadi təsnifatına” Əlavənin
“282100. “Sair xərclər”
paraqrafına “yardımın
göstərilməsi,” sözlərindən
sonra “ölmüş
zərər
çəkmiş şəxsin
hüquqi varisi qismində tanınmış
vəkil tərəfindən
göstərilən hüquqi
yardımın ödənilməsi,”
sözləri əlavə
edilsin.
3. “Azərbaycan Respublikasının
vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci
il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 10, maddə
2155) aşağıdakı
dəyişikliklər edilsin:
3
3.1. həmin Qərarla
təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə xərclərinin
funksional təsnifatına
əlavə”nin “3.5.0. “Hüquqi
yardım”
köməkçi bölməsinə
“təqsirləndirilən şəxslərə”
sözlərindən sonra
“,
ölmüş zərər
çəkmiş şəxsin
hüquqi varisi qismində tanınmış
vəkilə”
sözləri əlavə
edilsin;
3.2. həmin Qərarla
təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə xərclərinin
iqtisadi təsnifatına
əlavə”nin “222990. “Sair
xərclər”
maddəsinə “göstərilməsi,”
sözündən sonra
“ölmüş zərər
çəkmiş şəxsin
hüquqi varisi qismində tanınmış
vəkil tərəfindən
göstərilən hüquqi
yardımın ödənilməsi
ilə bağlı xərclər,” sözləri
əlavə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 20 mart.-S.10.