Azərbaycan Respublikası Nazirlər KabinetininAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqifiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 2005-ci il 31 mart tarixli 58 nömrəli və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 113  

 Bakı şəhəri, 18 mart 2019-cu il

 

 

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 8.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqifiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 263; 2007, ¹ 2, maddə 192; 2010, ¹ 3 maddə 257, ¹ 8, maddə 755, ¹ 12, maddə 1128; 2015, ¹ 10, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Adında və 1-ci hissəsində “və texnoloji avadanlıqların” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmişAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqifiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları” üzrə:

1.2.1. adında “və texnoloji avadanlıqların” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının” sözləri ilə əvəz edilsin;

1.2.2. 1-ci hissəsində “(bundan sonratexnikatexnoloji avadanlıqlar)” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonratexnika)” sözləri ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 4-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, texnikanın satışı və lizinqinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştlər həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kreditİnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq maliyyələşdirilir.”;

1.2.4. 2-4-cü və 6-10-cu hissələrdə ismin müvafiq hallarında “texnikatexnoloji avadanlıqlar” sözləri ismin müvafiq hallarında “texnikasözü ilə əvəz edilsin.

2. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 9, maddə 872; 2013, ¹ 7, maddə 881; 2015, ¹ 2, maddə 227; 2016, ¹ 1, maddə 168; 2017, ¹ 7, maddə 1476) aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Bu Qərarın 1.1.3-cü yarımbəndi 2020-ci il yanvarın 1-dək qüvvədədir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.