“Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı
Layihələri və Kreditlərinin İdarə Edilməsi
üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli Qərarının
ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 114
Bakı şəhəri, 18 mart
2019-cu il
“Kənd
təsərrüfatına dövlət dəstəyinin və
aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19
dekabr tarixli 413 nömrəli Fərmanının 8.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 545; 2008, ¹ 2, maddə 105; 2014, ¹ 2, maddələr 201, 208; 2016, ¹ 1, maddə 166, ¹ 5, maddə 955, ¹ 11, maddə 1962) ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.