Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Müəssisə və təşkilatların,
habelə sahibkarlıqla məşğul olan
fiziki şəxslərin iş
xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat
blanklarının tərtibi və tətbiqi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 115
Bakı şəhəri,
19 mart 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 662; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 3, maddə 299; 2009, ¹ 2, maddə 157, ¹ 10, maddə 853; 2012, ¹ 3, maddə 252; 2014, ¹ 6, maddə 747, ¹ 8, maddə 1023; 2016, ¹ 5, maddə 962, ¹ 10, maddə 1709; 2017, ¹ 3, maddə 487, ¹ 11, maddə 2141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 11 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci və 1.6-cı bəndlərə “Mərkəzləşdirilmiş İnformasiya Sisteminin,” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin,” sözləri əlavə edilsin.
2. 1.5-ci bənddə “və “Poçt-maliyyə xidmətləri” Avtomatlaş-dırılmış Korporativ İnformasiya Sisteminin” sözləri “, “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.