“Nəzarət
markalarının alınmasına görə ödənilən
vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və
uçotunun aparılması
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli
258 nömrəli Qərarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 117
Bakı şəhəri, 19 mart 2019-cu il
“Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 29
mart tarixli 454 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Vergilər Nazirliyi haqqında Əsasnamə”də
və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 20
dekabr tarixli 415 nömrəli Fərmanının
3.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 889) ilə təsdiq edilmiş “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın 2.1-ci (hər iki halda), 2.2-ci (hər iki halda), 2.3-cü, 3.2-ci və 3.4-cü bəndlərində ismin müvafiq hallarında “Maliyyə Nazirliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 20 mart.- S.10.