“İri dövlət
şirkətlərinin gəlirlər və xərclər
smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 119
Bakı şəhəri,
27 mart 2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2249; 2017, ¹ 7, maddə 1497; 2018, ¹ 1, maddə 124, ¹ 7 (II kitab), maddə 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 dekabr tarixli 567 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın
üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının vergilər naziri
Azərbaycan
Respublikası Mərkəzi Bankının sədri.”.
2. 6.1-ci bəndə
“layihələrini” sözündən sonra “və hər bir
proqnozlaşdırılan göstəricisinə dair
açıqlamaları” sözləri əlavə edilsin.
3.
Aşağıdakı məzmunda 6.1-1-ci və 6.1-2-ci bəndlər
əlavə edilsin:
“6.1-1.
Komissiyanın Katibliyi smetaların ilkin layihələrini və
bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan məlumatları
elektron və kağız daşıyıcılarda rəy və
təkliflər bildirilməsi üçün Komissiyanın
üzvlərinə təqdim edir;
6.1-2.
Komissiyanın üzvləri bu Qərarın 6.1-1-ci bəndinə
əsasən təqdim olunmuş layihələrə dair rəy
və təkliflərini 15 gün müddətində
Komissiyanın Katibliyinə təqdim edir;”.
4. 6.2-ci bənddə
“Komissiya təqdim olunmuş layihələrin müzakirəsini
və” sözləri “Komissiyanın Katibliyi təqdim
olunmuş rəy və təkliflər əsasında layihələrin”
sözləri ilə, “15” rəqəmi isə “25” rəqəmi
ilə əvəz edilsin.
5.
6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“6.3. iri dövlət şirkətləri, bu Qərarın
6.2-ci bəndinə əsasən aparılmış qiymətləndirmənin
nəticələrinə dair müvafiq rəylər nəzərə
alınmaqla düzəlişlər edilmiş gəlirlər və
xərclər smetasının layihəsini oktyabr ayının
15-dək Komissiyanın Katibliyinə təqdim edir;”.
6.
Aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə
edilsin:
“6.3-1.
Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin
növbəti ilin gəlirlər və xərclər
smetalarının yekun layihələrini elektron və
kağız daşıyıcılarda Komissiyaya təqdim edərək,
onların Komissiyada müzakirəsini təşkil edir;”.
7.
6.4-cü bənddə “20” rəqəmi “25” rəqəmi ilə
əvəz edilsin və aşağıdakı məzmunda
6.4-1-ci bənd əlavə edilsin:
“6.4-1. Azərbaycan
Respublikasının dövlət büdcəsinin dövlət
əsaslı vəsait qoyuluşlarında (investisiya xərclərində)
iri dövlət şirkətlərinə investisiya vəsaiti
nəzərdə tutulduğu halda, həmin investisiya məbləğləri
Komissiyanın Katibliyi tərəfindən iri dövlət
şirkətlərinin gəlirlər və xərclər
smetalarının “Maliyyələşdirmə fəaliyyətindən
pul vəsaitlərinin hərəkəti” və “İnvestisiya
fəaliyyətindən pul vəsaitlərinin hərəkəti”
bölmələrinin müvafiq bəndlərində əks
etdirilməklə, smetalar Komissiyanın sədri tərəfindən
yenidən təsdiq edilir.”.
8. 6.5-1-ci
bənd aşağıdakı redaksiyada verilsin:
“6.5-1. iri
dövlət şirkətləri gəlirlər və xərclər
smetalarının rüblük icrasında
proqnozlaşdırılan göstəricilərdən 10 faizdən
yuxarı kənarlaşmaya yol verdikdə, Komissiyanın
Katibliyinə kənarlaşmanın səbəbləri və
onları əks etdirən göstəricilər barədə
müvafiq izahat təqdim edir.”.
9.
Aşağıdakı məzmunda 6.5-2-ci, 6.5-3-cü və
6.5-4-cü bəndlər əlavə edilsin:
“6.5-2.
Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin təsdiq
olunmuş smetalarının rüblük icrasına dair
müvafiq arayış hazırlayaraq elektron və
kağız daşıyıcılarda Komissiyanın üzvlərinə
təqdim edir;
6.5-3.
Komissiyanın üzvləri bu Qərarın 6.5-2-ci bəndinə
əsasən təqdim olunmuş arayış barədə rəy
və təkliflərini, habelə smetasının
rüblük icra vəziyyətinin Komissiyada müzakirəsi zəruri
hesab edilən iri dövlət şirkətlərinə dair təkliflərini
7 iş günü müddətində Komissiyanın Katibliyinə
təqdim edir;
6.5-4. Komissiyanın Katibliyi siyahısı Komissiya
üzvlərinin rəy və təklifləri əsasında
müəyyən edilmiş və Komissiyanın sədri ilə
razılaşdırılmış iri dövlət şirkətlərinin
gəlirlər və xərclər smetalarının
rüblük icra vəziyyətinin hər rübdən
sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil
edir.
Komissiyada müzakirəsi zəruri hesab edilməyən iri
dövlət şirkətlərinin smetalarının
rüblük icrasında kənarlaşmaların aradan
qaldırılmasına dair Komissiyanın Katibliyi
Komissiyanın üzvlərinin təmsil olunduğu
qurumların nümayəndələrinin iştirakı ilə
müzakirələr aparmaqla Komissiyaya təkliflər verir;”.
10.
6.6-cı bənddə “bu Qərarın 6.5-ci bəndinə əsasən
təqdim olunmuş gəlir və xərclər
smetalarının illik icrası barədə hesabatların təhlilini,
qiymətləndirilməsini və monitorinqini” sözləri “gəlirlər
və xərclər smetalarının illik icra vəziyyətinin
monitorinqini, təhlil və qiymətləndirilməsini”
sözləri ilə əvəz edilsin və “aparır,”
sözündən sonra “həmin müddətdən sonrakı
ay ərzində” sözləri əlavə edilsin.
11.
Aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə
edilsin:
“6.7-1. iri
dövlət şirkətlərinin gəlirlər və xərclər
smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə
icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat
fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən
20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə,
həmin şirkətlərin gəlirlər və xərclər
smetalarına yenidən baxılır.”.
12. Həmin
Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər
və xərclər smetaları hazırlanmalı, təsdiq
edilməli və icrası üzrə monitorinq
aparılmalı olan iri dövlət şirkətlərinin
Siyahısı” üzrə:
12.1. 10-cu
hissə çıxarılsın;
12.2. 11-ci hissəyə “Aztelekom” Məhdud Məsuliyyətli
Cəmiyyəti,” sözlərindən sonra “Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti,”
sözləri əlavə edilsin.
13. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli
əlavə - “İri dövlət şirkətlərinin gəlirlər
və xərclər smetalarının icrası üzrə
monitorinqin aparılması Qaydası” yeni redaksiyada təsdiq
edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 29 mart.- S.2.