“İpoteka
kağızı”nın formasının
təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il
5 sentyabr
tarixli 165 nömrəli
Qərarında dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 123
Bakı şəhəri, 27 mart
2019-cu il
“İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30
oktyabr
tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka
haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 7 iyun
tarixli 252 nömrəli
Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 4 dekabr tarixli
379 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
1. “İpoteka kağızı”nın
formasının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 5 sentyabr
tarixli 165 nömrəli
Qərarında (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə
856) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. preambulada “2-ci” sözü “2.2-ci” sözləri
ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərar daşınmaz əmlak üzərində
ipoteka hüququnu
təsbit edən
ipoteka kağızına
şamil edilmir.”.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun
1.0.3-1-ci maddəsində nəzərdə
tutulan elektron sistem fəaliyyətə
başlayana qədər
daşınmaz əmlak
üzərində ipoteka
hüququnu təsbit
edən ipoteka kağızının forması
bu Qərar qüvvəyə mindiyi tarixədək
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 5 sentyabr
tarixli 165 nömrəli
Qərarı ilə müəyyən edilmiş
“İpoteka kağızı”nın
formasına uyğun
tərtib olunur.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 30 mart.- S.6.