Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13

fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişİpoteka

kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər

edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 124

Bakı şəhəri, 27 mart 2019-cu il

 

İpoteka haqqındaAzərbaycan Respublikasının Qanununda

dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 30

oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi İpoteka

haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi

barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun

tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli

379 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin

etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13

fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 192, ¹ 5, maddə 461;

2008, ¹ 1, maddə 39; 2009, ¹ 1, maddə 22; 2016, ¹ 3, maddə

614, ¹ 8, maddə 1449, ¹ 10, maddə 1717; 2017, ¹ 12 (II kitab),

maddə 2546) ilə təsdiq edilmişİpoteka kağızının dövlət qeydiyyatı

Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

2

“1.1-1. Bu Qaydalar daşınmaz əmlak üzərində ipoteka

hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.”;

1.2. 1.3-cü bənddəDaşınmaz daşınarsözləriDaşınar

sözü ilə əvəz edilsin;

1.3. 2.1.1-ci yarımbənddəndaşınmaz sözləri çıxarılsın.

2. “İpoteka haqqındaAzərbaycan Respublikası Qanununun

1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə

başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit

edən ipoteka kağızının dövlət qeydiyyatı bu Qərar qüvvəyə mindiyi

tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13

fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişİpoteka kağızının

dövlət qeydiyyatı Qaydalarıilə müəyyən olunmuş qaydada həyata

keçirilir.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 30 mart.-S.6.