“Lisenziya və ya icazə
verən orqanların lisenziya və ya icazənin,
onun dublikatının və
əlavəsinin verilməsinin,
yenidən
rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və
ya
ləğvinin “Lisenziyalar və
icazələr” portalı
vasitəsilə həyata
keçirilməsini təmin etmək
üçün son müddətlər”in,
“Lisenziyalar
və icazələr” portalına
inteqrasiya edilməli olan informasiya
sistemlərinin siyahısı və
həmin informasiya sistemlərinin
portala inteqrasiyası üçün
son müddətlər”in və
“İnformasiya
sistemlərinin “Lisenziyalar və
icazələr” portalına
inteqrasiyası
üçün texniki tələblər”in
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2017-ci il 29 dekabr tarixli
615 nömrəli
Qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 125
Bakı şəhəri,
27 mart 2019-cu il
“Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 4 iyun tarixli
276 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin
vahid miqrasiya məlumat sistemi
haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 429 nömrəli
Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə və 2.4-
cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29
dekabr tarixli 615 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab),
maddə 2560; 2018,
¹ 11, maddə 2433, ¹ 12 (II kitab),
maddə 2726; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2019-cu il 21 yanvar tarixli 21
nömrəli Qərarı)
ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Lisenziyalar və
icazələr” portalına
inteqrasiya edilməli olan informasiya sistemlərinin
siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası
üçün son müddətlər”in
cədvəlinə aşağıdakı
məzmunda 12.2-ci bənd
əlavə edilsin:
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 30 mart.- S.8.